Braziliyalı futbolçunun qurbanı zorlandıqdan sonra yata bilmədiyini şikayət edib

İDMAN 26 yan 2023, 23:46
Cinsi təcavüzdə ittiham edilən Braziliya millisinin sabiq futbolçusu Dani Alveşin qurbanı, zorlandıqdan sonra yata bilmədiyindən vəkilə şikayət edib.

Demokrat.az
"sports.ru"ya istinadən xəbər verir ki, zərərçəkənin vəkili bildirib ki, zorlanma hadisəsindən sonra həmin qız yata bilmədiyini dilə gətirib.

O, həmçinin yatmaq üçün anksiyolitiklərlə farmakoloji müalicə alır, bununla belə, vəkilinə ifadə verəndən bəri yata bilmədiyini söyləyib.

"Biz də onu mediadan mümkün qədər uzaq tutmağa çalışırıq. Ki, televizora baxmasın, heç nə dinləməsin, əsəbləşməsin, amma çətindir. Bu iş bütün telekanallarda işıqlandırılır, çünki Dani Alveş populyar şəxsdir. 

Hər həftə təcavüzlər baş verir, lakin onlar bu cür rezonans doğurmur” - Ester Qarsia Lopez deyib.

Xatırladaq ki, Alveş yanvarın 20-də Barselona şəhərində saxlanılıb. “Barselona”, PSJ və “Yuventus”un keçmiş müdafiəçisi bir neçə gün əvvəl gecə klubunun tualetində qıza təcavüz etməkdə şübhəli bilinərək həbs edilmişdi. Cinsi təcavüzdə ittiham edilən Braziliya millisinin sabiq futbolçusu Dani Alveş 12 il müddətinə həbs oluna bilər. Belə ki, İspaniya qanunlarına əsasən, 40 yaşlı müdafiəçinin 4 ildən 12 ilədək azadlıqdan məhrum edilmək ehtimalı var.

Həsən
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top