“Qiymət artımı bizim də büdcəmizə təsir edir” — Deputat dilə gəldi

SOSİAL 25 yan 2023, 14:40
"Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da inflyasiya var. Həm qida, həm tikinti sektorunda qiymət artımı müşahidə olunur. Əlbəttə ki, bu qiymət artımı da hər kəsin, eləcə də bizim büdcəmizə təsir edir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib. Deputat inflyasiyanın  bütün ölkələrdə ən çox kənd təsərrüfatına , qida məhsullarına, dərman preparatlarına təsir etdiyini vurğulayıb:

"İnsan gündəlik tələbatını ödəmək üçün məhsul alanda bunu daha tez hiss edir. Düşünürəm ki, haradasa aprelin əvvəllərində martın axırına biz inflyasiyanı tam cilovlaya bilərik. Bu gün dünyada həmin proses gedir. Dünya Bankı, beynəlxalq maliyyə qurumlarının çoxu proqnoz verirdilər ki, dünya iqtisadiyyatının artımı 2023-cü ilədək 4 faizə qədər olacaq. Bu proqnozlar keçən ilin noyabrında verilmişdi. Amma, dekabrın axırında yanvarın əvvəlində bu faizləri də kifayət qədər aşağı salınıb. Əsas problem işsizlik problemidir. Heç olmasa, bu işsizliyin artmasının qabağı alınmalıdır. Dünyada gedən proseslərin hamısı Azərbaycanın iqtisadiyyatına qismən də olsa təsiri var. Ümumiyyətlə, bazar iqtisadiyyatında inflyasiya qaçılmazdır. Pandemiya bütün iqtisadiyyatın strukturuna təsir edib və iqtisadiyyata böyük zərər vurub".

Aynurə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top