"Fənərbağça"nın baş məşqçisi Braziliya millisinə keçir?

İDMAN 24 yan 2023, 23:56
"Fənərbağça"nın baş məşqçisi Jorje Jesusun Braziliyanın əsas millisinə keçidi gündəmdədir.

Demokrat.az "Fotomaç" nəşrinə istinadən xəbər verir ki, Arena SBT telekanalına açıqlama verən mütəxəssis Braziliyada baş məşqçi kimi çalışmağın bir xəyal olduğunu dilə gətirib. 

Onun sözlərinə görə, okeanın o tayından təklif gələcəyi təqdirdə, bunu müsbət dəyərləndirmək fikrindədir. 

Qeyd edək ki, Qətərdə keçirilən son dünya çempionatında "sambaçılar"ın finala çıxa bilməməsindən sonra Braziliya Futbol Federasiyası baş məşqçi Tite ilə yollarını ayırmışdı.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top