“Dövlət xəstəxanaları rüşvət çirkabı içində...” — Aparıcadan sərt sözlər

SOSİAL 24 yan 2023, 14:33
Tanınmış teleaparıcı Elçin Əlibəyli sağlamlıq haqqında arayış almaq üçün pul tələb olunmasına etiraz edib.

Demokrat.az
xəbər verir ki, “Facebook” hesabında paylaşım edən aparıcı arayış üçün 40 manat tələb edilməsinə sərt reaksiya verib:

“Dövlət poliklinikasında sağlamlıq haqqında arayış üçün rəsmi 40 manat qiymət təyin edilib. Nəyin əsasında? Hansı cihaz və avadanlıqla müayinə aparılır ki, belə qiymət olsun? Köhnə qayda ilə sorğu-sual edib kağız doldurmağa görə belə qiymət olmaz! Onsuz da “pulsuz” dövlət xəstəxanaları rüşvət çirkabı içində sağlamlıq əvəzinə xəstəlik, ölümə səbəb olurlar. Bunu hər kəs bilir. Əslində, arayışdan başqa heç nəyə yaramayan poliklinikalarda bu xidməti pullu etməklə imkansızlara əziyyət verirlər! Nə edək?” 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top