Əfran İsmayılovla Rauf Əliyev karyerasını bitirdi

İDMAN 22 yan 2023, 22:58
Əfran İsmayılovla Rauf Əliyev “Kəpəz”dəki gələcəyi ilə bağlı qərar verib. Hər iki futbolçu Gəncə təmsilçisi ilə yollarını ayırıb.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı Sportinfo.az yayıb. Bildirilir ki, Klubun İdarə Heyətinin sədri İlqar Nadiri təcrübəli futbolçularla görüşərək onlarla qarşılıqlı razılıq əsasında yolların ayrılmasını xahiş edib.

Üçlük arasında gedən müzakirələrdən sonra müqavilə şərtlərində ortaq məxrəc tapan futbolçular “Kəpəz”dəki əsas söz sahibinə “gedirik” mesajını verib.

Əfran saytımıza açıqlamasında qərarını dəyişməsi və karyerasını başa vurması ilə bağlı bunları deyib:

“Açığı, müqaviləmin sonuna qədər “Kəpəz”də qalıb, əvəzedici komandada çıxış etməyi düşünürdüm. Lakin İlqar Nadiri ölkə xaricindən qayıdandan sonra görüşüb söhbət etdik.

İlqar müəllim mənim üçün xətri əziz olan insandır. Neçə nəfər ortaq məxrəcə gəlməklə bağlı müraciət etmişdi. Açığı, razılıq vermirdim. Amma Nadiri ilə görüşdə ətraflı söhbət edəndən sonra “Kəpəz”dən ayrılıb karyeramı başa vurmağı qərara aldım. Rauf Əliyev də mənim kimi.

Sözləşmənin sonuna 6 ay qalmışdı. Razılığımız belə oldu ki, 2 ayın maaşını kluba güzəştə gedim. İlqar müəllimin bu təklifinə razılıq verdim.

Bundan sonra məşqçiliklə bağlı B kateqoriya kurslarına qatılacağam”.

Dekabrda məlum məsələ ilə bağlı İlqar Nadiri ilə görüşən Əfran İsmayılov “Kəpəz”in rəhbərinə müqaviləsində göstərilən 1 illik məbləği son qəpiyinə qədər almaq niyyətində olduğunu bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top