Əfqanıstanda naməlum epidemiya yayıldı, onlarla insan öldü

DÜNYA 22 yan 2023, 20:20
Əfqanıstanın şimal-şərqindəki Bədəxşan vilayətində naməlum epidemiya nəticəsində 21 nəfər ölüb.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, Bədəxşan yerli hakimiyyət orqanları Vahan rayonunun Pamir bölgəsində şübhəli epidemiyanın yayıldığını və tibbi qurumların hələlik bunu aşkar etmədiyini açıqlayıb.

Bununla yanaşı, xəstəliyin aşkarlanması üçün işlər davam etdirilir.

Qeyd edək ki, Pamir bölgəsi Çin, Pakistan və Tacikistanla sərhəddə yerləşir və bu ərazidə qırğızlar kompakt şəkildə yaşayır.//report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top