İsveçə TÜRK ŞİLLƏSİ — Hulusi Akar "Quran" yandırmağın cəzasını belə verdi (FOTO)

REGİON 21 yan 2023, 18:24
Türkiyə Milli müdafiə naziri Hulusi Akarın İsveç müdafiə naziri Pal Jonsonun Türkiyə səfərini ləğv etməsi İsveçdə böyük əks-səda doğurub

Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quran yandırmağa icazə verməsi Türkiyənin sərt reaksiyasına səbəb olub.

Demokrat.az xəbər verir ki, İsveç polisinin qalmaqallı əmələ icazə verdiyi açıqlandıqdan dərhal sonra İsveçin Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, vitse-prezident Fuat Oktay, prezidentin sözçüsü İbrahim Kalın, AK Partiya sədr müavini Numan Kurtulmuş, AK Partiya sözçüsü Ömər Çelik və Diyanət İşləri Başçısı Əli Ərbaş bu hərəkəti pisləyib.

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar isə İsveç müdafiə naziri Pal Jonsonun yanvarın 27-də Türkiyəyə edəcəyi səfərin ləğv edildiyini açıqlayıb.

İsveç müdafiə naziri Pal Jonson da rəsmi sosial media hesabından açıqlama verərək Ankara səfərinin təxirə salındığını bildirib: “Türkiyə ilə əlaqələrimiz İsveç üçün çox önəmlidir. Dünən Almaniyanın Ramşteyn şəhərindəki ABŞ hərbi bazasında türkiyəli həmkarım Hulusi Akarla görüşdüm. Ankarada keçirməyi planlaşdırdığımız görüşü sonraya təxirə salmaq qərarına gəldik. Türkiyə ilə əlaqələrimiz İsveç üçün çox vacibdir. Biz ümumi təhlükəsizlik və müdafiə məsələləri üzrə dialoqun daha sonra da davam etdirilməsini səbirsizliklə gözləyirik”.

Türkiyənin çirkin təxribata qarşı qəti mövqeyi və ardıcıl sərt reaksiyaları İsveç gündəmində əks-səda doğurub. 

İsveçin Dagens Nyheter qəzeti Hulusi Akarın qərarını oxucularına bu sözlərə çatdırıb: "Hulusi Akar yanvarın 27-də Ankara səfirliyi qarşısında keçiriləcək "anti-Türkiyə" nümayişlərinə görə İsveç müdafiə naziri Pal Jonson ilə görüşünü ləğv etdi. Nazir İsveçdən nümayişləri dayandırmağı xahiş edib və onun hərəkət etməməsini qəbuledilməz hesab edir”.

SVT kanalı isə qərarı “Pal Jonsonun Türkiyəyə getməsinə icazə verilmir” başlığı ilə açıqlayıb. İsveç mətbuatı Türkiyənin Qurani-Kərimin yandırılmasına icazə verilməsinə qəzəbləndiyini və bu səbəbdən müdafiə nazirinin ziyarətinə icazə vermədiyini bildirib. (musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top