Qanunsuz ov edənlər cəzalandırıldı

HADİSƏ 20 yan 2023, 16:10
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ağgöl Milli Parkının əməkdaşlarının birgə keçirdiyi nəzarət tədbirləri zamanı Ağgöl Milli Parkının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Demokrat.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Zakir və Nadir Bədirovlar, Beyləqan rayon sakini Ərzullah Mirzəyev və Rusiya vətəndaşı Mirquseyn Babaev olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top