Xavi həbs edildi

İDMAN 20 yan 2023, 12:38
İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Xavi Torres həbs edilib.

Demokrat.az
xəbər verir ki, son olaraq ölkəsində “Luqo”nun formasını geyinən yarımmüdafiəçi danışılmış oyunların təşkilində iştirak etməkdə günahkar bilinib.

Bu səbəbdən Torres 10 ay müddətinə həbsə və 22 aylıq diskvalifikasiyaya məruz qalıb. 2020-ci ildən məhkəməsi davam edən 36 yaşlı oyunçunun bu işdə İspaniyanın “Osasuna” klubunun keçmiş rəhbərləri ilə əlbir olduğu müəyyənləşib.

Qeyd edək ki, Xavi Torres 2007-2009-cu illərdə ölkəsinin “Barselona” klubunda çıxış edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top