“Qırmızı diplom məsələsi Sovet dövründə qalıb” — Ekspertdən deputatın fikrinə SƏRT REAKSİYA

SOSİAL 18 yan 2023, 17:39
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Rauf Əliyev maraqlı açıqlama verib. O, bildirib ki, bir qız oxuyub qırmızı diplom alır, amma bu, ona heç nə vermir. 

Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a bildirib ki, indiki dönəmdə qırmızı diplom almağın elə bir önəmi yoxdur:

"Hazırda daha şəxslərin xarici dil biliklərinin olması, müvafiq olaraq peşəkar kimi formalaşması bütün hallarda digər fərqləndirmə sənədlərini üstəliyir. Əgər şəxs daha çox peşəkar və bacarıqlıdırsa, bir neçə dil biliyi varsa, o fərqlənmə ilə bitirən tələbədən daha üstün keyfiyyətlərə malikdir. Və daha asan iş tapa bilir. Yəni, qabartmaq ki, "qırmızı diplomla bitirib, amma iş tapmır", hesab edirəm ki, düzgün deyil. Kiməsə qırmızı diplomla universiteti bitirəndən sonra "gəl, bura mütləq sizə həvalə olunmalıdır" deyilməyib. Artıq bu imtiyaz tanınmır. Sovet dövründə belə şeylər var idi, indi isə aktuallığını itirib".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top