Sürücülərin nəzərinə: Bu yolda hərəkət məhdudlaşdırılır

İNFRASTRUKTUR 18 yan 2023, 11:32
Zığ dairəsinin yaxınlığında yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq 18 yanvar saat 22:00-dan etibarən səhər saatlarınadək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır). 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top