“İşəgötürənlər gənclərə üstünlük verir, yaşlılar isə “qul bazarı”nda...” — Sosioloqdan QALMAQALLI AÇIQLAMA

SOSİAL 17 yan 2023, 21:31
“İşəgötürənlər adətən gənc, dinamik insanlara üstünlük verirlər. Çünki hesab edirlər ki, gənclər maaş məsələsinə diqqət etmirlər. Üstəlik daha enerjilidirlər, daha yaradıcı fikirlərlə işə faydalı olurlar. Amma bir şeyi unudurlar, təcrübə məsələsini”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. 

Sosioloq nəsillər arasında fərqin olduğunu xüsusi qeyd edib:

“Təcrübə məsələsində təbii ki, gənc və orta yaşlı nəslin nümayəndəsi arasında böyük fərq var. Yəni, 50 yaşlı insanın təcrübəsiylə 20 yaşlı insanın təcrübəsi arasında böyük bir təzad mövcuddur”. 

“Hesab edirlər ki, əgər gəncdə təcrübə yoxdursa, bunu müəyyən üsullarla qazandırmaq olar. Amma dinamikliyi, enerjiliyi, yaradıcılığı orta yaşlı nümayəndəsinə öyrətmək, qazandırmaq mümkünsüzdür. Bu səbəbdən də bu nəslin nümayəndələri arasında işsizlik problemi yaranır. Nə pensiya alırlar, nə də müavinətləri var. İş yeri olmadığına görə də gəlirləri olmur. Ona görə, əmək bazarında "qul bazarı" dediyimiz yerlərdə həmin yaşda olan fəhlələrə rast gəlirik. Bu da təbii ki, düzgün aparılmayan işəgötürmə siyasəti nəticəsində əmələ gəlib” - deyə sosioloq vurğulayıb.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top