Bakıda Xankəndilik edənlər

GÜNDƏM 16 yan 2023, 21:01
Ruben Vardanyan adlı bir avantürist Xankəndi şəhərində guya müdafiə səddi qurub. Guya sonadək gedəcək və s. Əvvəlcə gəlin onun dırnaqarası xidmətləri, işgüzar portreti ilə tanış olaq. Elə bu sualı da özümüzçün verək də, balam, nə əcəb adam bu boyda cinayətkar ola-ola ona qarşı sanksiyalar tətbiq edilmir və Qərb mediası bu potensial axtarış obyektinin müsahibələrini, mövqeyini niyə həvəslə tirajlayır?!

Bax bu adamdı Ruben Vardanyan. Bilirsiz Azərbaycanı niyə olmayan blokada yaratmaqda ittiham edir?

Cavabı birlikdə tapaq.

Vardanyan bu əraziyə milyarder kimi atılmışdı. Guya buranı cənnət edəcək, var dövlətini fəda etməyə gəlmişdi guya... Yadınızdadır da. Az sonra məlum oldu ki, bizim sərvətlərimizi talan etmək üçün gəlib. Elə ki, milyardlarını xərcləməyi ondan tələb etməyə başladılar, bu adam başladı Bakını ittiham etməyə. Aclıq belə gəldi, Bakı qoymadı, ay mühasirədəsiz... Öz pulunu qorudu. İndi onun üslubu ilə Bakıdakı tərəfdaşlarının üslubunu müqayisə edək. Məsələn: Dolayısı ilə guya Xankəndi aclığa düçar olub. Ruben Vardanyan Azərbaycan dövlətinin iradəsinə bu yolla təsir göstərib həmin yolu yenidən 12 dekabrdan əvvəlki vaxta qaytarmaq istəyir. Qərb bu yolla manipulyasiya edilir. İndi isə Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun Bakıda Xankəndilik etmək niyyətini şərh edək. Yol eynidir. Xətt eynidir. Onlar da deyir ki, biz acıq. Tələbimizi yerinə yetirin və s. Bu şəxslərin və ətrafında fəallıq göstərən ac həriflərin qarnının ağrısı aydındır. Bakıdakı və aclıq hikkəsi ilə yalançı Xankəndi aclığı bir axarda birləşir və üzü Qərbədir. Azərbaycan dövlətinə təsir xətləri birləşir. İkisi də məşhur “Mehman” filmindəki Qaloşun etdiyini edir... Yaxınlaşma, özümü öldürrəm.

Hamınıza nifrət edirəm!

Vardanyan da, Osmanqızı da Azərbaycana sanksiya tələb edir. Burda Yaqublu Arutyunyana, Ruben Hacıyevə, Kərimli bir başqa erməni separtçıya qarışır. Məsələ bu qədər sadədir. Bu günlərdə Xədicə İsmayılovanın qara güruhbaşı Əli Kərimli ilə müsahibəsinə baxdım və bir daha əmin oldum ki, antidövlət xətti aparanların Azərbaycana rəhbərlik iddialarının kökündə yalnız qarışıqlıq yaratmaq, yalnız pozuculuğa nail olmaq niyyətləri durur. Bu təbəqənin nə vaxtsa iqtidara gəlməsi mümkün deyil. Ona görə ki, o təfəkkür artıq çoxdan cəhənnəmə vasil olub. 90-cı illərdə təsadüfən hakimiyyətə düşmüş belə avantüristlərin guya Azərbaycana nə vaxtsa rəhbərlik edəcəkləri barədə düşüncələri o qədər gülünc görünür ki...

Mən o müsahibəyə baxmağı təklif edirəm. Xədicə İsmayılovanın peşəkarlığı ilə qaragüruhçu birisinin həvəskarlığından baməzə bir nəticə alınıb. Bütün mühüm suallara orta məktəbin 6-cı sinfi səviyyəsində və hazırlıqsız cavab verən bu adam sadəcə olaraq siyasətçi kimi sonunu çoxdan yaşayıb özünü bitirdiyini anlamır. Onun "Siyasi Partiyalar haqqında qanun” qəbul ediləndən sonra ümumiyyətlə nə edəcəyi, necə edəcəyi sadəcə dumanlıdır. Onun düşüncədaşları Qanunu ona görə tənqid edirdilər ki, sənəd partiyadan üzvlərinin sayını göstərməyi tələb edirdi. Bunlar isə ona görə etiraz edirdilər ki, ortada bütün partiyaların şərikinə işlətdiyi bir neçə min nəfərlik narazı marginal materiyası var.

Və bu materiya gan bu, gah digər partiyanın üzvü rolunda oynayır, onların psevdonüfuzu, yalançı sayı barədə illüziya yaradırdı. İndi artıq bunu etmək mümkün olmayacaq. Bir zamanlar iqtidarı hər seçkidə karuseldə ittiham edən marginallar özləri etiraf etdilər ki, karuselin başında bunlar durubmuş.

MİRŞAHİN

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top