ABŞ Dövlət Departamenti Türkiyəyə yeni “F-16” qırıcılarının satışına və hazırda Ankaraya məxsus olan eyni tipli təyyarələrin modernizasiya olunmasına icazə verilməsi üçün Konqresə müraciət edib.
Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.
Məlumata görə, artıq ABŞ Dövlət Departamenti məsələ ilə bağlı Konqresə qərar layihəsi göndərib.
Dövlət Departamentinin detalları gələn həftə rəsmi şəkildə açıqlayacağı gözlənilir.
Xatırladaq ki, ABŞ-ın xarici ölkələrə silah, sursat və digər hərbi təyinatlı məhsullar satmasına Konqres icazə verməlidir.
Demokrat.az