Mənzildə meyiti tapılan 4 nəfərin ölüm SƏBƏBİ BİLİNDİ

HADİSƏ 13 yan 2023, 19:10
Bakıda evdən meyiti tapılan dörd nəfərin ölüm səbəbi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilir ki, yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində dörd nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top