"Ermənilər saxtakarlığı özləri üçün həyat fəlsəfəsinə çeviriblər" — ŞƏRH

GÜNDƏM 12 yan 2023, 23:06
“Qarabağda qalan ermənilərin çox cüzi bir hissəsinin Azərbaycan vətəndaşı olaraq həmin ərazilərdə yaşamaq hüququ var”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vigen Xaçatryanın Qarabağda 40 min erməninin olması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib:

“Rusiya sülhməramlılarının nəzarət zonasına aid edilən ərazilərdə guya ki, 120 min erməninin yaşaması haqqında məlumatlar o qədər gülünc idi, buna heç Ermənistanın özündə belə kimsə inanmırdı. Cəmi bir neçə ay bundan əvvələ qədər separatçı rejim rəsmilərinin özləri qarabağda 30 min civarında erməninin yaşaması haqqında açıqlamalar verirdilər. Rusiya müdafiə nazirliyi isə öz məlumatlarında müharibədən sonra Qarabağa 50 minə yaxın ermənin “qaytarılması” haqqında məlumat vermişdi. Lakin sirr deyil ki, müəyyən maliyyə vəsaiti verilməklə həmin əraziyə daşınan ermənilərin bir çoxu sonradan həmin əraziləri tərk edib və hal-hazırda da orada yaşayan ermənilərin sayı ən yaxşı halda 20 min civarındadır. Həyasızcasına ərazilərimizdə yaşayan ermənilərin sayını artıran Ermənistan rəsmiləri bir şeyi unudurdular ki, indi 21-ci əsrdir və həmin ərazilərdə yaşayan adamların sayını müəyyən etmək elə də çətinlik yaratmır. Azərbaycanın rəsmi qurumları dəfələrlə peyk vasitəsilə müntəzəm olaraq həmin ərazilərin nəzarətdə saxlanıldığını, eləcə də Laçın yolundan keçən və geri qayıdan insanların sayı haqqında məlumatlar veriblər. Bütün bu məlumatlar onu göstərir ki, həmin ərazidəki ermənilərin sayı 20 mindən artıq deyil". 

"Elə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vigen Xaçatryan da özünün son açıqlaması ilə bilərəkdən ya bilməyərəkdən “120 min erməni” yalanını sözün əsl mənasında ifşa edib. Vigen Xaçaturyan “Qarabağın 40 min qəzəbli sakini Ermənistana gələrək hakimiyyətin dəyişməsini tələb edərsə, bu, Rusiyanın xeyrinə olar” bəyanatı ilə hal-hazırda Qarabağda cəmi 40 min erməninin yaşadığını bildirib. İndi təsəvvür edin saxtakarlığı özləri üçün həyat fəlsəfəsinə çevirən bir toplumun nümayəndəsi orda olan ermənilərin sayını 40 min deyirsə demək ki, hal-hazırda Qarabağdakı ermənilərin sayı elə qeyd etdiyim 20 min civarındadır"- deyə politoloq vurğulayıb.  
Politoloqun sözlərinə görə, lakin  əsas məsələ ermənilərin nə deməsi və sayı nə qədər şişirməsi deyil. 

"Çünki biz ermənilərin hansı xislətdə olduqlarını, necə saxtakar bir toplum olduğunu yaxşı bilirik. Əslində dünya da bunu dərk edir və deyilən rəqəmlərin həqiqəti əks etdirmədiyini bilir. Sadəcə olaraq Fransa başda olmaqla bəzi Avropa dövlətləri və o cümlədən də ABŞ region üzərində təsir imkanları əldə etmək üçün bu cür yalanlardan istifadə edirlər və faktiki olaraq öz maraqlarını təmin etmək üçün Azərbaycana təzyiq etmək istəyirlər. Əsas odur ki, indi orda yerləşdirilmiş ermənilərin böyük əksəriyyətinin Qarabağla yaxından-uzaqdan əlaqəsi yoxdur. Onların bir qismi zamanında Suriyadan köçürülmüş və Ermənistanda yeri-yurdu olmayan, məcbur şəkildə Qarabağda yaşamaq zorunda qalmış adamlardır. İkinci kateqoriyaya müəyyən imtiyazlar və pul müqabilində həmin ərazilərə yerləşmiş erməniləri aid etmək olar. Ermənistanda işi-gücü olmayan, Qarabağda yaşadığı hər aya görə müəyyən maliyyə vəsaiti alan ermənilərin say etiibarilə üstünlük təşkil etdiyinə dair məlumatlar mövcuddur. Üçüncü kateqoriya Qarabağda hərbi qulluq keçən ermənilər və separatçıları aid etmək olar. Yerli Qarabağ erməniləri isə say etibarilə sonuncu yeri tuturlar. Çünki Birinci Qarabağ savaşı dönəmində, müharibə səbəbilə Qarabağı tərk edən ermənilərin çox cüzi bir hissəsi Ermənistana üz tutmuşdu. Əksəriyyət isə Rusiyaya və uzaq xarici ölkələrə getmişdir. Başqa sözlə desək, Qarabağda qalan ermənilərin sayını nə qədər olmasından asılı olmayaraq onların çox cüzi bir hissəsinin Azərbaycan vətəndaşı olaraq həmin ərazilərdə yaşamaq hüququ var”.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top