Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq

İDMAN 12 yan 2023, 10:18
Azərbaycan millisinin futbolçusu Mahir Emreli mövsümün ikinci dövrəsindən Xorvatiyanın “Dinamo” klubunun əsas oyunçusu olacaq.

“Report” “index.hr” saytına istinadən xəbər verir ki, Zaqreb klubunun baş məşqçisi Ante Çaçiç 26 yaşlı hücumçu ilə bununla bağlı söhbət edib.

Çalışdırıcı Mislav Orşiçin İngiltərə klubu “Sauthempton”a transferindən sonra onun boşluğunu Emreli ilə doldurmaq fikrinə düşüb. Bildirilib ki, Türkiyə klublarından təklif alan forvard baş məşqçi ilə söhbətdən sonra qalmaq qərarına gəlib.

Qeyd edək ki, Mahir Emreli “Dinamo”nun heyətində keçirdiyi 20 oyunda 5 qol vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top