Tüfənglə ehtiyatsız davranan kişi meşədə öldü

HADİSƏ 12 yan 2023, 09:13
Yanvarın 11-də saat 23 radələrində Xaçmaz rayonu Laman kəndində Ağyazı Buduq kənd sakini 1988-ci il təvəllüdlü Rəşid Apayevin ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, ilkin məlumata görə, hadisə kəndin meşə ərazisində Kürdəmir rayon sakini 1993-cü il təvəllüdlü Həmzə Həmzəyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verib.

R.Apayev müharibə iştirakçısıdır.

Araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top