“Krım tatarlarının azadlığa qovuşması üçün lazımi addımların atılacağını gözləyirik” — Rəsmi Ankara

REGİON 11 yan 2023, 23:32
Türkiyə Xarici İşlər Nazirliyi məhkum edilmiş Krım tatarları ilə bağlı məlumat yayıb.

Demokrat.az bu barədə “CNN türk”ə istinadən xəbər verir.

Türkiyə Xarici İşlər Nazirliyi bildirir ki, Krım tatar soydaşlarımız - Cəmil Qafarov, Sərvət Qazıyev, Erfan Osmanov, Alim Kərimov və Seyran Murtazanın bu gün çıxarılan qərarla 13 il müddətinə azadlıqdan məhrum edilməsindən narahatdır.

“Bir daha haqqı dəstəklədiyimizi bəyan edirik. Biz Krım tatarlarının öz Vətənlərində azad və təhlükəsiz yaşamaq hüququnu dəstəyimizi ifadə edirik. Həmçinin, yuxarıda adıçəkilən və Krım Tatar Milli Məclisinin vitse-prezidenti Neriman Cəlal, Asan Əhmədov və əvvəllər də eyni cür cəza çəkən Əziz Əhmədov da daxil Krımda siyasi motivlərlə tutulan bütün soydaşlarımızın ən qısa zamanda azadlıqlarına və ailələrinə qovuşmaları üçün lazımi addımların atılacağını gözləyirik” - deyə açıqlamada qeyd olunub.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top