"Çelsi" Bakı finalının qalibidir - YENİLƏNİB

İDMAN 30 may 2019, 00:55

"Çelsi" UEFA Avropa Liqasının 2018/2019-cu il mövsümünün qalibi olub.

 

Demokrat.Az xəbər verir ki, Bakı Olimpiya stadionunda baş tutan həlledici görüşdə Londonun iki klubu - "Çelsi" və "Arsenal" üz-üzə gəlib. 


İtaliyalı FİFA referisi Canluka Rokkinin idarə etdiyi görüşdə "Çelsi" rəqibi üzərində 4:1 hesablı inamlı qələbə qazanıb. İlk 45 dəqiqəsi qolsuz heç-heçə ilə bitən görüşün növbəti  hissəsinə "zadəganlar" daha fəal başlayıb. Elə 49-cu dəqiqədə Oliver Jiru qarşısıalınmaz baş zərbəsi ilə hesabı açıb. Cəmi 11 dəqiqə sonra ispaniyalı hücumçu Pedro komandasının üstünlüyünü iki topa çatdırıb. 65-ci dəqiqədə "Çelsi"nin lideri Hazard penaltidən fərqlənərək "Arsenal"ı üçüncü dəfə meydanın mərkəzinə dəvət edib. Oyuna sonradan qoşulan İvobi 69-cu dəqiqədə toplardan birinin əvəzini çıxıb. Lakin 72-ci dəqiqədə Hazard dubl edərək "Çelsi"nin 4:1 hesablı qələbəsində əsas pay sahibi olub. 

 

 

 

29 MAY

UEFA AVROPA LİQASI

FİNAL 

"ÇELSİ" (İNGİLTƏRƏ) - "ARSENAL" (İNGİLTƏRƏ)  -  4:1

Qollar: Oliver Jiru, 49; Pedro Rodriqes, 60; E.Hazard, 65 (penalti), 72 - İvobi, 69.

 

"Çelsi": K.Arrizabalaqa, Jorjinjo, Nqolo Kante, E.Hazard, Pedro Rodriqez, Kovaçiç, Oliver Jiru, Kristensen, Sezar Azpilikyueta, David Luiz, Emerson Palmiyeri.

Ehtiyat oyunçular: Kabalyero, Kamminq, Alonso, Barkli, İquain, Zappakosta, Villian, Kehill, Ampadu, Qallaher, Makikran.

 

 

"Arsenal": Petr Çex, Papastatopulos, Kosçelni, A.Lyakazett, M.Özil, A.Torreyra, Pyer-Emerik Obameyanq, Meytlend-Nayls, Naço Monreal, Kolaşinaç, Qranit Caka. 

Ehtiyat oyunçular: Leno, İliev, Elneni, Lixtştayner, İvobi, Mustafi, Uelbek Cenkinson, Qenduzi, Nketia, Uillok, Saka.

 

Bakı Olimpiya Stadionu

Baş hakim: Canluka Rokki.

 

 

 

Demokrat.Az

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 apr 2024, 11:50
Top