NATO və Aİ üçüncü birgə əməkdaşlıq bəyannaməsini imzalayacaq

DÜNYA 06 yan 2023, 22:25
NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının sədri Ursula von der Leyen və Avropa Şurasının sədri Şarl Mişel yanvarın 10-da Brüsseldə əməkdaşlıq haqqında üçüncü birgə bəyannamə imzalayacaqlar.

Bu haqda NATO bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, sənədin imzalanması NATO-nun mənzil-qərargahında yerli vaxtla saat 11:00-da baş tutacaq. Daha sonra, saat 11:30-da alyans və Aİ qurumlarının rəhbərlərinin birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, tədbir 2022-ci ildə baş verməli idi, lakin naməlum səbəblərdən prosedur təxirə salınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top