"Geyimlərimi kasıb qohumlarıma verirəm"

ŞOU-BİZNES 05 yan 2023, 18:34
Müğənni Zamiq Hüseynov açıqlaması ilə müzakirələrə səbəb olub.

Sənətçi "Xəzər axşamı" proqramında istifadə etdiyi geyimlərindən danışıb. O bildirib ki, paltarları geyindikdən sonra imkansız qohumlarına verir:

"Qohumlar arasında çox kasıb insanlar var. Hər üç, dörd aydan bir geyimlərimi onlara verirəm. Deyirlər ki, güya geyimləri kiməsə verəndə öz enerjini onlara verirsən. Amma mən bu deyimlərə inanmıram. İllərdir ki, geyimlərimi qohumlarıma verirəm. Hansı qohumum mənimlə eyni ölçüdədirsə, ayaqqabılarımı, pencəklərimi və sairə əşyalarımı bağışlayıram".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top