Azərbaycanda ətin kilosu 20 manat oldu

SOSİAL 03 yan 2023, 17:13
Azərbaycanda ətin qiyməti kəskin artıb. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılır.

Demokrat.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu gün Bakı bazarlarında monitorinq aparan əməkdaşı qiymət artımının səbəbləri ilə maraqlanıb.

Satıcılar ətin bahalaşmasının bu məhsula tələbatın artmasıyla əlaqələndiriblər.

Onların sözlərinə görə, Yeni il ilə əlaqədar olaraq ət satışı kəskin artıb. Nəticədə, təkcə kəsilmiş deyil, hətta diri heyvanlar da bazara çıxarılaraq satılıb.

Satıcılar deyiblər ki, ətin bahalaşmasının digər səbəbi isə son 3 gündə rayondan Bakıya xırdabuynuzlu və iribuynuzlu heyvanların gətirilməməsidir. Bu, bazarlarda ət çatışmazlığı yaradıb.

Satıcılar bu halın müvəqqəti xarakter daşıdığını bildiriblər. Onlar qeyd ediblər ki, bayramdan sonra rayonlardan Bakıya diri heyvanların gətirilməsi qaydaya düşəndən sonra ətin qiyməti yenidən ucuzlaşacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top