Sülhməramlılara aid avtomobillər Laçın yolundan maneəsiz keçdi — VİDEO

GÜNDƏM 31 dek 2022, 11:04
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün Laçından Xankəndi istiqamətinə rusiyalı sülhməramlılara məxsus təminat-təchizat və minik avtomobilləri Laçın yolundan maneəsiz keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 19 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top