“Azərbaycana qarşı separatizmin yeni dalğası baş qaldırmaqdadır”

QARABAĞ 30 dek 2022, 20:41
"Çirkli pulların yuyulmasında dəfələrlə adları hallanan erməni əsilli, rusiyalı oliqarx Ruben Vardanyanın Qarabağın dağlıq hissəsinə yerləşməsindən sonra Azərbaycana qarşı separatizmin yeni dalğası baş qaldırmaqdadır. Buna qarşı rəsmi Bakıda bütün mümkün tədbirlər həyata keçirilir. Bölgədə gərginliyin yaradılmasında əsas səbəbkarı elə Vardanyandır. Çünki Vardanyan tərəfindən təbii sərvətlərinin daşınmasını icra edilir". 

Bunu Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib. 

Politoloqun sözlərinə görə, bu gün ekofəallar Laçın-Xankəndi yolunda, soyuğa və şaxtaya baxmayaraq, öz tələblərini irəli sürürlər:

"Bu tələblər Laçın-Xankəndi yolunda humanitar məqsədlərlə, yolun istifadə edilməsi, sərvətlərimizin talançılığına, istismarına son qoymaqdır. Güc mərkəzi həm də özünü göstərir və heç təsadüfi deyil ki, Azərbaycanın ekofəallarına qarşı çıxmayan, onların tələbələrini yerinə yetirilməsi üçün onlarla görüşməyən general-mayor Volkov Vardanyanla görüşür. Separatçıların rəhbəri Arutyuyanla görüşmür. Bu da tamamilə qəbulolunmaz mənzərini formalaşdırır. Hamıya məlumdur ki, bu aksiya siyasi məqsəd daşımır, yoldan çox rahatlıqla istifadə edirlər. Videolardan da görürük ki, sülhməramlıların təchizat-təminat avtomobilləri bu yol vasitəsilə hərəkət edir. Qırmızı Xaç Komitəsinin maşınları bu ərazidən keçirlər. Xəstələrin keçidinə heç bir maneə törədilmir. Yəni, yol humanitar əsaslarla öz funksiyasını icra etməkdədir. Burada Azərbaycanı qınamaq, beynəlxalq miqyasda bölgədə fəlakətin olmasına diqqət çəkmək, buna cəhd göstərmək də tamamilə yolverilməzdir. Bu gün Azərbaycan öz ərazisində suverenliyin bərpa olunması, bərqərar edilməsi yönündə fəaliyyət göstərir və heç kim də şübhə doğurmamalıdır ki, Azərbaycan öz suverenliyini bərpa edəcəkdir".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top