“Bir yerdə oğurluq olur, deyirlər deputat hara baxır?” — Siyavuş Novruzov

SOSİAL 30 dek 2022, 15:29
“Bəzən ictimaiyyət nümayəndələri deputatlardan səlahiyyətlərimizə uyğun olmayan şeyləri tələb edirlər”.

Demokrat.az
xəbər verir ki, bu fikrləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov səsləndirib.

“Filan yedə oğurluq var, deyirlər “deputat hara baxır?" Yaxud dövlət malı mənimsənib, yenə deyirlər “deputat hara baxır?”. Deputatın funksiyası ondan ibarədir ki, bəlli problemlərlə bağlı dövlət qurumları qarşısında məsələ qaldırsın.

Digər tərəfdən, yoxlanmamış, şayiələrdən ibarət informasiya haqqında bizim hər hansı tədbir görməyimiz mümkün deyil. İlk növbədə məsələ dəqiq şəkildə araşdırılmalıdır”, - deyə deputat əlavə edib. 
Bizim.Media

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top