"Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq"— Borell

DÜNYA 29 dek 2022, 21:41
"Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam edəcək"

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borell vurğulayıb.

Avropa İttifaqı dekabrın 29-da Rusiyanın Ukraynaya növbəti raket hücumuna reaksiya verərək , Rusiya Federasiyasının hərbi cinayətlərinin cəzasız qalmayacağını bildirib.

Josep Borrell Twitter -də yazıb ki, Aİ -nin Ukraynaya dəstəyi gələcəkdə heç bir güzəşt olmadan davam edəcək .

"Rusiyanın Ukraynaya növbəti mənasız kütləvi raket hücumu, infrastrukturu və tibb müəssisələrini qəsdən məhv etməyə yönəldilib", - o vurğulayıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələri komandanlığının məlumatına görə, dekabrın 29-da səhər saatlarında rus ordusu strateji aviasiya və gəmilərdən havadan və dənizdən qanadlı raketlərlə müxtəlif istiqamətlərdən Ukraynaya hücum ediblər.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top