İrkutskdan uçan təyyarədə bomba həyəcanı

DÜNYA 28 dek 2022, 22:16
İrkutskdan uçan təyyarənin göyərtəsində bomba təhlükəsi yarandıqdan sonra yerə enib.

Demokrat.az Rusiya mətbuatına istinadən bildirir ki,  təyyarənin göyərtəsində bomba təhlükəsi yarandıqdan sonra Novosibirsk hava limanına təhlükəsiz eniş edib.

Xəbəri fövqəladə hallar xidmətinin nümayəndəsi yayıb.

Qeyd olunur ki, təyyarə İrkutsk - Novosibirsk marşrutu üzrə uçub. .

Qeyd olunub ki, yaxın vaxtlarda hadisə ilə bağlı araşdırmalara başlanılacaq.

Bildirək ki, dekabrın əvvəlində Moskvadan Vladivostoka uçan təyyarə uşaq dünyaya gətirməyə başlayan sərnişinə görə Yekaterinburqa məcburi eniş etmişdi.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top