“Kiyev Rusiyaya birləşmiş yeni regionları tanımasa, sülh olmayacaq”— Peskov

SOSİAL 28 dek 2022, 20:14
“Ukraynada münaqişənin həlli üçün sülh planı mümkün deyil. Çünki rəsmi Kiyev mövcud reallıqları nəzərə almır”.

Demokrat.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əgər Ukrayna Rusiyanın yeni regionlarını tanımasa, o zaman vəziyyəti diplomatik yolla həll etmək mümkün olmayacaq" - deyə Peskov açıqlayıb. 

“Bugünkü reallıqları nəzərə almadan hansısa sülh planı ola bilməz. Rusiya ərazisini, dörd yeni regionun Rusiyaya birləşdirilməsini nəzərdə tuturam. Bu reallıqları nəzərə almayan heç bir plan sülhə hesablana bilməz”.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukrayna ərazisinə daxil olmaqla bu ölkəyə qarşı müharibəyə başlayıb.  

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top