Azərbaycanlı Ukraynada “vaqnerçi”ləri boğaraq məhv etdi — VİDEO

HADİSƏ 28 dek 2022, 17:42
Ukraynada müharibə davam edir. 

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Donetskə ağır döyüşlər gedir. Ötən gecə ərzində Ukrayna ordusu Kremenko istiqamətində irəliləyərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.

Məlumata görə, sözügedən istiqamətdə daha çox “Vaqner” muzdlu döyüşçü şirkətinə məxsus hərbçilər döyüşür. 

“Ötən gün bizim həmyerlimiz də xüsusi hərbi əməliyyat zamanı əlbəyaxa döyüşdə iki “vaqnerçi”ni boğaraq öldürüb”, - deyə jurnalist qeyd edib.

O da bildirilib ki, Baxmut şəhərində 70 yaşlı azərbaycanlı Bahadur Məmmədov həyat yoldaşı ilə birlikdə raket atəşi nəticəsində həlak olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top