Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni sədri İsmayıl Xəlilov kimdir? — DOSYE

SİYASƏT 28 dekabr 2022, 16:16
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla İsmayıl Kamil oğlu Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilib.

Demokrat.az
xəbər verir ki, İ.Xəlilov 1967-ci ildə Tər-Tər rayonunda anadan olub.

O, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 

1993-1994 illər ərzində Bərdə rayon prokurorluğunda müstəntiq vəzifəsi üzrə stajor, 1994-cü ildə Ağdam rayon prokurorluğunda müstəntiq vəzifəsi üzrə stajor, 1994-1996-cı illərdə Baş Prokurorluğun Mülki işlər üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsinin prokuroru, 1996-2005 illərdə isə Bakı şəhəri, Nizami rayon prokurorunun müavini işləyib. 

2005-2007-ci illərdə İ.Xəlilov Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru, 2007-2012-ci illərdə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin hakimi, 2012-2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi, 2020-ci ildən isə Ali Məhkəmənin hakimi vəzifəsində çalışıb. 

O, mübahisə tərəflərini daha çox barışdırmağa nail olan hakim kimi tanınır. //Bizim.Media

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 fevral 2025, 23:55
Top