![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/11/1/a056f316-f7c2-4d60-8996-2578f94da25d/ru.jpg)
Rusiya Prezidenti Vladimir Putinin Pekinə, Çin lideri Si Cinpinin isə Moskvaya səfərinə hazırlıq gedir. Bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Görüşdə hansı məsələlər müzakirə oluna bilər?
Politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında deyib ki, Rusiya ilə Çin artıq vahid blok kimi çıxış edirlər:
“Buna həm Yaxın Şərq, həm də qlobal məsələləri aid etmək olar. Rusiya ilə Çin faktiki olaraq bir-birilə iqtisadi, siyasi müttəfiqdir. Rusiya hazırda bütün dünya ölkələrinin sanksiylarına məruz qalıb. Rusiya iqtisadi əlaqələrini Çin üzərindən həyata keçirə bilir. Öz təbii resurslarını Çin və bəzi ölkələr üzərindən sata bilir.
Dünya bazarına da Çin üzərindən çıxa bilir, çünki bir sonra ölkələr Rusiya ilə əməliyyatları qadağan edir. Rusiyanın Çinə olan ehtiyacı artır. Burada hərbi və siyasi münasibətlər var. Çünki Ukrayna münaqişəsində Rusiya Çin dəstəyinə arxayındır. Çin də Tayvan məsələsində Rusiya dəstəyinə arxayındır.
Eyni zamanda Rusiya və Çin vaxtaşırı olaraq həm okeanda, həm də quruda hərbi əməliyyatlar keçirirlər. Onlar dünyaya mesaj verirlər ki, biz birlikdə fəaliyyət göstəririk. Xülasə, onlar arasında müzakirə olunacaq məsələlər çoxdur. İki dövlət Tramp Administrasiyasına qarşı birgə mübarizə yolları və ya yeni siyasət yürütmək üçün danışıqlar apara bilərlər”.
Leyla Turan
Demokrat.az