Taksi sürücüləri Vasif Talıbovun qadağasına etiraz edirlər — VİDEO

GÜNDƏM 28 dek 2022, 12:39
Naxçıvanda taksi sürücüləri Ali Məclisin sabiq sədri Vasif Talıbovun onlar üçün yaratdığı sistemə qarşı etiraz edirlər. 

“Unikal” xəbər verir ki, sürücülər toplu şəkildə Naxçıvan Ali Məclisinin yanına toplaşaraq problemlərinin həll olunmasını istəyirlər.

Belə ki, sürücülərə Naxçıvan istehsalı olan “NAZ Lifan”dan başqa digər minik avtomobillərindən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olmalarına icazə verilmir. Təklif olunan avtomobil isə qiymətindən dəfələrlə baha qiymətə - 35 min manata satılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top