"Ümidvaram ki, erməni xalqı öz müqavimətini göstərə biləcək" — Deputat

GÜNDƏM 26 dek 2022, 22:39
"Hazırda Qarabağa göndərilən və təxribatların arxasında duran rus oliqarxı Ruben Vardanyan, xaricdə aqressiv erməni diasporası və keçmiş hərbi cinayətkarlar Azərbaycana qarşı ciddi əməliyyata başlayıblar".

Bu fikirləri Demokrat.az-a açıqlamasında  Milli Məclisin deputatı Asim Mollazadə deyib. Deputat qeyd edib ki, onlar Qarabağdan başlayaraq, qeyri-stabil vəziyyəti Ermənistanda yaratmağı planlaşdırırlar:

"Həmçinin, onlar hakimiyyəti yenidən zəbt edərək münaqişələri genişləndirməyi planlaşdırırlar. Görürsünüz ki, erməni lobbisi dünya üzrə öz fəaliyyətini gücləndirir. Bir sıra ölkələrdə siyasi korrupsiyadan istifadə edərək, Azərbaycana qarşı yalan-iftira kampaniyası aparırlar. Məqsəd isə bölgədə sülh prosesinin qarşısını almaq, yenidən bizim bölgəni münaqişələrə, müharibələrə sürükləməkdir. Ruben Vardanyanın arxasında duran qüvvələr öz imkanları səfərbər edərək, bu qüvvələrə dəstək verir. Çünki məhz münaqişələr  üzərində bu siyasət formalaşıb. 

Ümidvaram ki, erməni xalqı öz müqavimətini göstərə biləcək. Çox təəssüf ki, Ermənistan hakimiyyəti qorxu içindədir. Onlar yenidən hansısa Umanyanın Ermənistan parlamentinə girməsindən, yaxud hökumətə qarşı sui-qəsdlərindən qorxurlar və qüvvələrə Ermənistanın daxilində müqavimət göstərə bilmirlər. Ancaq Azərbaycan öz ərazilərini azad edib. Azərbaycan sülh istəyir və sülhü qorumaq üçün də Azərbaycan kifayət qədər gücə malikdir. Onlara yanaşmada "it hürər, karvan keçər" münasibəti daha düzgün olardı".

Aynurə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top