Bakı-Sumqayıt şosesində qəza baş verib, xəsarət alanlar var

HADİSƏ 25 dekabr 2022, 23:45
Abşeron rayonunda minik maşını yük avtomobilinə çırpılıb.

Qəza Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisinə düşən hissəsində qeydə alınıb.

Emin Bağırov idarəetməsində olan “Ford” markalı yük maşınını yol kənarında saxlayıb. Eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü sükana nəzarəti itirərək maşınını yol kənarında dayanan “Ford”a çırpıb.

E.Bağırov yüngül bədən xəsarətləri alıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Müəyyən edilib ki, minik avtomobilinin sürücüsü və sərnişini də xəsarət alıb.

Fakt üzrə araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top