"Ukrayna hərbçilərinin "Patriot "sistemi ilə hazırlığı mümkün qədər sürətli olacaq"

DÜNYA 23 dek 2022, 20:13
Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova bildirib ki, ukraynalı hərbçilərin “Patriot” raketdən müdafiə sistemi ilə işləmək üçün təlimi mümkün qədər tez və səmərəli şəkildə həyata keçiriləcək.


Demokrat.az "Ukrinform"a istinadən xəbər verir ki, o, bunu Ukrayna səfirlərinin konfransında jurnalistlərlə söhbəti zamanı deyib.

"Mən çox şey açıqlaya bilmərəm... Təlim ən səmərəli və sürətli şəkildə aparılacaq", - Markarova deyib.

Prezident Zelenskinin ABŞ-a səfərinin nəticələrini şərh edərkən, o vurğulayıb ki, bu səfəri “sadəcə müsbət deyil, əsl irəliləyiş” adlandırmaq olar.

"Artıq biz konkret nəticələri görürük"- səfir əlavə edib.

Qeyd edək ki,  Pentaqon ABŞ-dakı hərbi bazada ukraynalı hərbçilərə “Patriot” raketdən müdafiə sistemi ilə işləmək üçün təlim keçmək imkanını nəzərdən keçirir.

ABŞ dövlət katibi Entoni Blinken Patriot sistemlərinin Ukraynaya 1,85 milyard dollarlıq yeni hərbi yardım paketinə daxil olduğunu açıqlayıb.

Leyla
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top