Deputatlar Nəcməddin Sadıkovun həbsini tələb edir

DAXİLİ SİYASƏT 23 dek 2022, 11:46
“Keçmiş Baş qərargah rəisi Nəcməddin Sadıkov mühakimə edilməlidir”.

Demokrat.az
xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

"Tərtər işi"ndən danışan deputat Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun həbs olunmasını tələb edib.

“Deyilir ki, gedənin arxasından danışmaq olmaz, amma bu vacibdir. Günahsız yerə ölən zabit və əsgərlərimizin haqqını geri qaytarmalıyıq. Eyni zamanda ordumuzun təmizlənməsi işləri də bizim üçün vacibdir və buna baxılmalıdır”,- deputat bildirib.

Onu da bildirək ki, "Tərtər işi" nəticəsində 10-dan çox hərbçi qətlə yetrilib, 2000-ə yaxın hərbçi ağır işgəncələrdən keçib, pis rəftara məruz qalıb, ləyaqətləri alçaldılıb./modern.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 fev 2023, 22:10
Top