“Kreml döyüş meydanında məğlub olmalıdır” — Zelenski

DÜNYA 22 dek 2022, 16:05
“Ukrayna, ABŞ və Avropa Rusiyanın dünya ölkələrinə təsirini itirməsi ilə ilk qələbəsini qazanıb.”

Demokrat.az
"Ukrinform"a istinadla bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ABŞ konqresində çıxışı zamanı deyib.

"Mən hamımızı ilk qələbə münasibətilə təbrik edirəm.  Biz Rusiyaya öz şüurumuzda qalıb gəldik" - deyə Ukrayna lideri bildirib.

O, bu qələbənin ukraynalılara cəsarət verdiyini vurğulayıb:

"Rusiya tiranlığının bizim şüurumuz üzərində artıq heç bir gücü yoxdur və olmayacaq da. Qlobal cənub ölkələri də belə bir qələbə qazanmalıdır".

O, həmçinin rusların Kremli şüurlarında məğlub etdikdən sonra azadlıq şansı olacaqlarını deyib.

"Kreml döyüş meydanında məğlub olmalıdır"deyən Zelenski,  "Bu təkcə torpaq və ya Avropanın hansısa hissəsi üçün olan müharibə deyil, bu təkcə insanların həyatı, azadlığı, təhlükəsizliyi uğrunda mübarizə deyil. Bu, bizim övladlarımızın və nəvələrimizin, onların övladlarının və nəvələrinin hansı dünyada yaşayacaqlarının mübarizəsidir" - sözləri ilə çıxışını yekunlaşdırıb.

Qeyd edək ki, Ukrayna prezidenti Zelenski çərsənbə günü Amerika Birləşmı. Ştatlarına  rəsmi səfər edib . Bu, onun müharibə başlayandan bəri baş tutan ilk  xarici səfəridir.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top