Vasif Talıbov istefa iclasında iştirak etməyib — FOTO

GÜNDƏM 21 dek 2022, 16:18
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefa səbəbi açıqlanıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bu gün keçirilən iclasda bildirib. 

Onun sözlərinə görə, V. Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi  sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Qərar səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, iclasda V. Talıbovun özü iştirak etməsə də, deputat oğlu Seymur Talıbov orada olub./qafqazinfo 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top