Maskın sorğusu reallaşsa, tviterdən istefa verəcək

DÜNYA 19 dek 2022, 21:35
"Tesla" və SpaceX in qurucusu İlon Mask tviterdə baş direktor vəzifəsindən istefa edib-etməyəcəyi ilə bağlı sorğu keçirdib və çıxan nəticəni qəbul edəcəyini bildirib.

Demokrat az
xəbər verir ki bu haqda İ.Mask özü məlumat verib. 

Mask, tviteri satın aldığı gündən bir çox insanlarla, o cümlədən işçilər və reklamçılarla problemlər yaşayır.

"Tviter rəhbərliyindən istefa verməliyəmmi? Mən bu sorğunun nəticələrinə əməl edəcəm" deyə o, paylaşım edib.

Təxminən 6 saat sonra başa çatacaq sorğuda 10 milyon 870 mindən çox insan səs verib. 

İştirakçıların 56,3 faizi Maskın getməsinə, 47,3 faizi isə vəzifədə qalmasına səs verib.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top