Avropa Məhkəməsi Laçın dəhlizi ilə bağlı Azərbaycana sorğu göndərib

DÜNYA 16 dek 2022, 00:37
Avropa Məhkəməsi Laçın yolundakı vəziyyətə dair Azərbaycana sorğu göndərib. 

Sorğu ilə bağlı Ermənistan çıxış edib.

Məhkəmə Azərbaycanın dekabrın 19-na qədər cavab verməsini istəyib.

“Tam obyektiv məlumat İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim ediləcək”- deyə bu barədə APA-ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.

“Qonşu ölkədə yayılan məlumata görə, Avropa Məhkəməsi Azərbaycana sabaha qədər vaxt verib ki, Ermənistanın növbəti sorğusuna cavab versin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bizə göndərdiyi məktubda 1 dənə də sual vermədən, ermənilərin məlumatına cavabın ayın 19-u saat 19-dək verilməsini xahiş edir.

Bundan sonra, göndərdiyimiz məlumat Ermənistana ötürüləcək. Yəni, proses gedir. Şübhəsiz, tam obyektiv məlumat İHAM-a təqdim ediləcəkdir. Azərbaycan hər zaman öz öhdəliklərinə sadiqdir”,- deyə o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top