Məşhur aktyor “Superman” rolundan uzaqlaşdırıldı

DÜNYA 15 dek 2022, 23:38
"DC Studios"un yeni sahibləri aktyor Henri Kavilli "Superman" rolundan uzaqlaşdırıblar.

Demokrat.az
xəbər verir ki, bu haqda aktyor özü məlumat verib. H.Kavill bildirib ki, iki ay öncə baş rol ifaçısı kimi onun adı yazılsa da, sonradan fikir dəyişikliyi baş tutub:

“Mən şirkətin yeni sahibləri, Ceyms Qann və Piter Safran ilə görüşdüm. İki ay əvvəl filmdə mənim oynayacağım  bildirilmişdi. Təəssüflər olsun ki, artıq "Superman" rolunda çəkilməyəcəyim haqda qərar verildi. Bununla bağlı şirkət rəhbərliyinə qarşı hər hansı incikliyim yoxdur” .

39 yaşlı aktyor şirkətin yeni sahiblərinə uğur arzulayıb:

“Görünür Ceyms və Piter yeni dünya qurmalı olacaqlar. Mən onlara və bu dünya ilə bağlı olan hər kəsə uğurlar arzulayıram” - sözlərini əlavə edib.

Kavillin paylaşımında sonra  "DC Studios"un sahibi Ceyms Qann əlavə edib ki, ilkin mərhələdə yeni film "Superman"dən əvvəlki dövrü əhatə etdiyi üçün Henri Kavill çəkilməyəcək. 

Peşəkar aktyorun pərəstişkarı olduqlarını vurğulayan Qann, onun fanatı olduğunu, gələcəkdə birlikdə işləmək üçün gözəl imkanları müzakirə etdiklərini dilə gətirib/

Məlumat üçün bildirək ki,"DC Studios" iki ay əvvəl "Superman" filminin yenidən çəkiləcəyini və obrazı yenidən Henri Kavillin canlandıracağını elan etmişdi.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top