İranda sosial mediaya qadağa qoyulur?

REGİON 15 dek 2022, 20:55
İranın Daxili İşlər Nazirliyi ölkədə sosial medianın tamamilə qadağan edilməsi ilə bağlı iddialara münasibət bildirib.

Demokrat.az xəbər verir ki, nazirlik bununla bağlı yayılan məlumatların əsassız olduğunu açıqlayıb. 

Bildirilib ki, bu tip xəbərlərin dövriyyəyə buraxılması informasiya müharibəsinin bir hissəsidir.
 
Qeyd edək ki, həm İran mediasinda, həm də xarici mətbuatda ölkənin daxili işlər naziri Əhməd Vahidinin Xorasanda din xadimləri ilə görüşündə səsləndirdiyi fikirlər yer alıb. 

Məlumata görə, nazir çıxışı zamanı "ictimai sağlamlıq üçün sosial mediaya nəzarət edilməlidir. Düşmən VPN istehsal etsə də, biz sosial medianı tamamilə qadağan edəcəyik" deyə bildirib.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top