“Xankəndinin qaz problemi belə həll edilsin” — Millət vəkili

GÜNDƏM 14 dek 2022, 23:24
Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisində məskunlaşmış ermənilərin qazın verilişinin dayandırılması barədə yalan iddialar irəli sürməyə nə hüquqi, nə də mənəvi haqları var.

Bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov ermənilərin Xankəndidə qazın verilməsinin dayandırılması ilə bağlı iddialarına münasibət bildirərkən deyib.

O qeyd edib ki, görünür, orada qaz təchizatı məsələsində zaman-zaman texniki problemlər yaşanır:

“Ermənilər digər vətəndaşlarımız kimi rəsmi şəkildə “Azəriqaz”la müqavilə bağlayaraq, təminatlarını həyata keçirə bilərlər. Amma təəssüf ki, bölgədəki separatçı rejim, Ermənistan, eyni zamanda onlara dəstək göstərən “sülhməramlılar” bu kimi metodlarla Azərbaycana təyziq etmək istəyirlər. Lakin bu prosesdə Azərbaycan heç bir sərt addım atmayıb. Cənab Prezidentin də dediyi kimi, “onlar yolunu azmış vətəndaşlarımızdır”.

Biz qapılarımızı onların üzünə açmışıq, amma ermənilər kənar qüvvələrin təsiri altında, eləcə də “sülhməramlılar”ın təhriki ilə bizim xoş məramımıza müsbət yanaşmırlar. Bundan başqa, zaman-zaman təxribatlara əl atıb, beynəlxalq aləmi saxta təzyiq iddiaları ilə prosesə cəlb etmək istəyirlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top