Messidən daha bir rekord

İDMAN 14 dek 2022, 19:33
Dünya çempionatlarında ən çox oyun keçirən futbolçuların siyahısında dəyişiklik olub.

Demokrat.az
-ın xəbərinə görə, Xorvatiyaya qarşı yarımfinal oyununda meydana çıxan Argentinın kapitanı Leonel Messi, əfsanəvi almaniyalı futbolçu Lotar Matteusa çatıb. 

Hazırda hər iki futbolçu mundiallarda 25 matçda iştirak etməklə ilk iki pilləni bölüşür. Argentina ilə finala adlayan Messi həlledici görüşə çıxağı təqdirdə, bu göstəricidə şəriksiz lider olacaq.

Bundan başqa, ilk üçlükdə Almaniyadan Miroslav Kloze (24 oyun) yer alıb. İtaliyadan Paolo Maldini (23 oyun), Portuqaliyadan Kriştiano Ronaldo (22 oyun), Almaniyadan Uve Zeeler, Polşadan Vladislav Zmuda, Argentinadan Dieqo Armando Maradona (hamısı 21 oyun), Almaniyadan Filipp Lam və Bastian Şvaynştager (hamısı 20 oyun) ilk onluğu tamamlayır.  
                    
Zamiq
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top