Zelenskidən Putinə Milad çağırışı: "Qoşunlarınızı çıxarın"

DÜNYA 13 dek 2022, 19:38
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya Milad bayramında qoşunlarını geri çəkməyə çağırıb. 

Demokrat.az
xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Ukrayna dövlət başçısı G7 ölkələri liderlərinin iştirak etdiyi videokonfransda deyib. 

Ölkəsində aylardır Rusiyaya qarşı müharibənin davam etdiyini deyən Zelenski, Ukraynaya hərbi, sosial və maliyyə yardımı üçün G7 ölkələrinə minnətdar olduğunu qeyd edib. 

O, Ukraynanın güclü həmrəyliyə ehtiyacı duyduğunu dilə gətirib: 

"Hamınızdan gələn il verilən həmrəyliyi davam etdirməyinizi xahiş edirəm. Rusiya təcavüzünü davam etdirir və bu səbəbdən Ukraynaya dəstək davam etdirilməlidir".

Rusiyanın Ukrayna ilə müqayisədə daha çox raket və artilleriya sistemlərinə sahib olduğuna diqqət çəkən Zelenski ölkəsinə silah yardımının artırılmasının vacib olduğunu bildirib:

"Ukraynanın müasir tanklara ehtiyacı var və mən sizdən bu müdafiə imkanını təmin etməyinizi xahiş edirəm. Daimi artilleriya sistemlərinə, silahlara və mərmi dəstəyinə ehtiyacı var", - deyə Zelenski vurğulayıb. 

Rusiya ordusunun Ukraynadakı enerji infrastrukturunu hədəfə alaraq təkcə Ukraynanı deyil, Avropa ölkələrini də enerji fəlakətinə sürükləməyə çalışdığını ifadə edib. Həmçinin, o, Ukraynaya təbii qaz yardımını artırılmasını dilə gətirib.
 
Rusiyanın ölkəsinə qarşı hücumlarını danışıqlar yolu ilə dayandırmaq üçün də səy göstərdiklərini deyən Zelenski, bir müddət öncə İndoneziyada keçirilən G20 sammitində sülh üçün 10 bənddən ibarət “Ukrayna Formulu”nu təklif etdiyini xatırladıb.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top