Bakı-Quba yolu açılır — Bu tarixdən

İNFRASTRUKTUR 13 dek 2022, 13:05
"Bu ilin sonuna kimi Bakı-Quba yolunda, hazırda bərpası aparılan beton yolda işlər yekunlaşacaq”.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Qeyd edək ki, bir neçə gün öncə açıqlama verən millət vəkili Vahid Əhmədov Bakı-Quba yolunun yeniləşən birinci mərhələsi dekabrın 20-də istifadəyə veriləcəyini demişdi. O bildirmişdi ki, bu barədə məlumatı ona Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədrinin müavini Əvəz Qocayev verib. Millət vəkilinin sözlərinə görə, sədr müavini telefon danışığı zamanı ona işlərin böyük sürətlə davam etdiyini və  6 briqada gecə-gündüz, növbəlilik əsasında işlədiyi məlumatını verib.//Bizim.media

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top