“Həm Brüssel, həm Vaşinqton, həm də Rusiyanın vasitəçiliyi ilə davam edən görüşmələr göstərirdi ki, bu il sülh sazişini imzalamaq mümkün olacaq. Ancaq son anda Makron-Paşinyan cütlüyünün törətdiyi təxribat bu prosesi ləngitdi. Bununla belə sülh sazişinin imzalanmasının illəri əhatə edəcəyi gözləntiləri də məncə yanlışdır. Yəni, sülh sazişini bir neçə ay ləngitmək olar. Ancaq illərlə bu prosesi bundan əvvəl olduğu kimi uzatmaq təbii ki, qeyri-mümkündür. Çünki ABŞ Ukrayna müharibəsində Rusiyanın düşdüyü vəziyyətdən istifadə edib rus hərbi qüvvələrini Cənubi Qafqazdana çıxartmaq istəyir. Bunun üçün birinci addım sülh sazişinin imzlanmasıdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. Partiya sədri əlavə edib ki, Azərbaycan dəfələrlə Rusiya sülhməramlılarının müvəqqəti olaraq təmas xəttində və Laçın dəhlizində yerləşdiyini qeyd edib və bununla da, dünya ictimaiyyətinin diqqətinə çatdırıb ki, rus sülhməramlılarının bölgədə qalmasında maraqlı deyil.
“Bu da ABŞ-ı Azərbaycana yaxınlaşdıran amildir. ABŞ da bu münaqişəyə münasibətini artıq dəyişib, əsas məqsədi indi nəyin bahasına olursa-olsun Qarabağa status vermək deyildır, yəni status məsələsini sülh sazişinə salmamaq və mümkün qədər gələcəkdə də bu məsələni qabartmamaqdır. Təbidir ki, müəyyən status vermək barədə düşünürlər, ABŞ-ın mövqeyinin kəskin şəkildə dəyişəcəyi gözləntiləri də məncə yanlışdır. Hər halda onun mövqeyi bizi qane edir. Rusiya da Azərbaycanın qəti mövqe tutmasından sonra baxışlarını dəyişmək məcburiyyətində qalıb. Son bəyanatda da göstərir ki, Rusiyanın Valday və Soçi görüşlərində dilə gətirdiyi yanaşma artıq dəyişmişdir. Artıq Rusiyanın planları da müəyyən qədər dəyişib, hələlik ictimaiyyətə bu barədə açıqlamalar verilmir. Ancaq həm xarici işlər naziri Lavrovun son mətbuat konfransı, həm İqor Xavayevin Bakıya səfəri göstərdi ki, Rusiyanın mövqeyində əsaslı dəyişiklik var. Bu da Ermənistan cəmiyyətində çox ciddi narahatlıq yaradıb. Güman edirəm ki, sülh sazişini bir neçə ay ləngitməyə Ermənistan nail oldu Fransanın köməyilə. Ən geci gələn ilin ortalarına qədər sülh sazişinin imzalanması ehtimalı var. Kimin vasitəçiliyi ilə imzalanacaq? Bunu artıq verilən təkliflərin Aərbaycanı nə qədər qane etməsi müəyyənləşdirəcək. Kimin təklifi bizi daha çox qane etsə, çox güman ki, vasitəçi də o olacaq. Bu istiqamətdə çox maraqlı bir yarış gedir. Qısa müddətdə biz Paşinyan-Makron cütlüyünü müqavimətini qırıb, sülh sazişinin imzlanmasına nail olacağıq”.
Aynurə
Demokrat.az