Bir sıra kəndlərə elektrik enerjisinin verilişi dayandırıldı — VİDEO

SOSİAL 12 dek 2022, 18:28
Azərbaycanın 5 rayonunda bir sıra kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonlarının bəzi kəndlərinə elektrik enerjisinin verilişində fasilə yaranıb.

“Azərişıq” ASC-nin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün qurumun bütün imkanları səfərbər olunub. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olsa da, lakin 6500-ə yaxın abonentin elektrik enerjisi verilişinin bərpası istiqamətində ciddi işlər görülür", - məlumatda vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top