“Azərbaycan xüsusi təyinatlıları Qarabağa gedəndən sonra sülhməramlıların komandirləri də, əsgərləri də dovşana dönəcək”

SİYASƏT 12 dek 2022, 13:59
“Biz əvvəldən də Rusiya sülhməramlılarının fəaliyyətiylə razı deyildik. Onlar öz fəaliyyət missiyalarından kənara çıxırdılar. Buna bizim dəfələrlə etirazımız olmuşdu və dəfələrlə Azərbaycan rəhbərliyi də Rusiya rəhbərliyinə açıq etirazlar etmişdi”. 

Bu sözləri Demokrat.az-a açqılamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib. Partiya sədri əlavə edib ki, sülhməramlıların jurnalistlərimizi ərazilərə buraxmaması da, onu göstərir ki, onlar missiyalarından kənar fəaliyyət göstərirlər.

“Onlar ermənilərə hər cür yardım edirlər və gizli əlaqələri var. Eyni zamanda, Rusiya öz adamı Vardanyanı da ora gətirib. Azərbaycan rəhbərliyinin vəziyyətini başa düşürəm. Onlar istəmirlər ki, qan tökülsün, lakin rus sülhməramlılar öz əməllərindən əl çəkmirlər. Əlbəttə ki, Azərbaycan xüsusi təyinatlıları ora gedəndən sonra onların istər komandirləri, istərsə də əsgərləri dovşana dönəcək. Biz dinc yolla çalışırıq ki, bu məsələlər həll olunsun. Amma, nə ermənilər, nə də onların arxasında dayanan qüvvələr bunda maraqlı deyillər. Yalnız vəziyyəti gərginləşdirməklə məşğuldur. Hesab edirəm ki, Azərbaycan artıq ilin əvvəlində antiterror əməliyyatı keçirməli, Laçın yolunu nəzarətə götürməlidir. Qarabağda qalan separatçıları tutub, Azərbaycana gətirməlidir. Mən hər zaman demişəm ki, orada bizim ermənilərlə birgə yaşayışımız mümkün deyil. Ermənilər bu bölgəyə gələndən bizim huzurumuzu pozublar”.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top